Taekvondoçularımızdan 5 medal

Taekvondoçularımızdan 5 medal

Almaniyanın Hamburq şəhərində keçirilən "German Open” beynəlxalq turnirində iştirak edən taekvondoçularımız beş medal qazanıblar. XXX London Yay Olimpiya Oyunlarının iştirakçısı Ramin Əzizov 80 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Xəyalə Quliyeva (46 kq) gümüş, Samir Aydınov (54 kq), Günay Ağakişiyeva (57 kq) və Fəridə Əzizova (67kq) isə bürünc medal qazanıblar.