Türkiyənin Antalya şəhərində Avropa Taekvondo Birliyinin (ATB) və Türkiyə Taekvondo Federasiyasının (TTF) birgə təşkilatçılığı ilə keçirilən G1 kateqoriyalı klublarası 2-ci Avropa çempionatına yekun vurulub. Yarışda ölkəmizi 7 klubdan 53 taekvondoçu təmsil edib.33 ölkədən 651 idmançının qatıldığı çempionatda tatami ustalarımız 5 qızıl,3 gümüş və 6 bürünc medal qazanıblar.
Döyüşçülərimizdən Zəlimxan Rəsulov (-63 kq, "Neftçi İdman Kulubu” İB), Kamil Adbulrazakov (-59 kq, "Savalan” İK), İlham Əliyev (-45 kq, Sumqayıt T.İ.M.), İlayda Kardelen (44 kq, "Gilan” İK), Gülhanım Yeşildal (-55 kq, "Gilan” İK) qızıl medallara layiq görülüblər. Radik İsayev (-87 kq, "Gilan”İK), Təhminə Hüseynli (-44 kq, Sumqayıt T.İ.M), Məmmədəli Quliyev (55 kq, "Neftçi İdman Kulubu” İB) gümüş medallar qazanıblar. Rəvan Hüseynov (-48 kq, Sumqayıt T.İ.M.), Rafaella Hüseynova (-59 kq, Sumqayıt T.İ.M.), Minayə Əkbətova (-33 kq, "Gömrükçü”İK), Əli İsazadə (-45 kq, "Gömrükçü”İK), Məhəmmədyasin İbrahimov (-58 kq, "Savalan” İK), Patimat Abakarova (-49 kq, Savalan İK) bürünc medallara yiyələniblər. Klublararası ümumi hesabda kişilər arasında "Neftçi İSM” İB, qadınlar arasında "Gilan”İK ikinci pillədə qərarlaşıb. Sumqayıt T.İ.M isə yarışı 3-cü yerdə başa vurub. Qeyd edək ki, noyabrın 28-30-da Dünya Taekvondo Federasiyası ilə Türkiyə Taekvondo Federasiyasının birgə təşkil etdiyi G1 kateqoriyalı "Turkish Open” turnirində klublarımızdan "Neftçi İdman Kulubu” İB, "Gilan” İK-nın idmançıları milli yığmanın tərkibində qüvvələrini sınayacaqlar.