Noyabrın 28-30-da Dünya Taekvondo Federasiyası (DTF) və Türkiyə Taekvondo Federasiyasının (TTF) birgə təşkilatçılığı ilə keçirilən G1 kateqoriyalı "TURKİSH OPEN” başa çatdı. Burada ölkəmizi "Neftçi idman klubu” İB və Gilan İK-in üzvləri milli komandanın tərkibində təmsil ediblər. Yarışda 38 idmançımız qüvvəsini sınayıb. İdmançılarımızdan 10-u medal əldə edib. Döyüşçülərimizdən İlham Əliyev (-45 kq), İlayda Kardelen (- 44 kq), Gülhanım Yeşildal (-55 kq) qızıl medal qazanıblar. Mikayıl Əliyev (-58 kq), Nurlan Qurbanov
(-45 kq) gümüş, Ceren Özbək (-46 kq), Gülsüm Gültekin (-59 kq), Ramin Əzizov (-80 kq), Bayraməli Vəliyev
(-87 kq) və Radik İsayev (-87 kq) bürünc medala sahib çıxıblar. Xatırladaq ki, yarışda ölkəmizi ədalət təmsilçilərindən beynəlxalq dərəcəli hakim Elşən Quliyev və Elşad Məmmədov təmsil ediblər.