İdmanın kosiki karate-do növü üzrə Azərbaycan yığma komandası Litvanın Panevesuz şəhərində keçirilən açıq Avropa kubokunda birinci yeri tutub.
Yarışda 18 ölkədən eyni sayda komanda iştirak edib.
Turnirdə kişilərdən ibarət komandamız (Nazim Mövsümzadə, Renat Kuper, Asiman Namazov) bunkay-kumite yarışında birinci yerə layiq görülüb.
Şəxsi hesabda kata üzrə mübarizədə Nazim Mövsümzadə (73,5 kq) birinci, Asiman Namazov (73,5 kq, 16-17 yaşlılar arasında) üçüncü olub. Kumite üzrə yarışda isə İlyas Əliyev (+82 kq) və Renat Kuper (63,5 kq) birinci, Asiman Namazov ikinci, Nazim Mövsümzadə üçüncü yeri tutub.