Dağıstanın Kaspiysk şəhərindəki Əli Əliyev adına idman sarayında qarışıq təkbətək döyüş və kikboksinq üzrə peşəkarların sayca üçüncü "Ulduzların döyüşü” turniri keçirilib.
Turnirin proqramına MMA qaydaları üzrə 11 döyüş və K-1 qaydaları üzrə bir döyüş daxil edilib. Turnirdə rusiyalı idmançılarla yanaşı, daha 8 ölkənin - Azərbaycan, Braziliya, Ukrayna, Latviya, Belarus, Almaniya, Türkiyə və Moldovanın nümayəndələri də iştirak ediblər.
Qarışıq təkbətək döyüş üzrə 77 kq çəki dərəcəsində çıxış edən Azərbaycan nümayəndəsi Hüseyn Əliyevin Rusiya nümayəndəsi Samir Abdullayevlə görüşü turnirin əsas hadisələrindən biri olub. Həmin görüş həmyerlimizin qələbəsi ilə başa çatıb.
Azərbaycanın digər nümayəndəsi, 60 kq çəki dərəcəsində çıxış edən Elmar İbrahimov rusiyalı Zafir Bolatova qalib gəlib.