Beynəlxalq Taekvondo Federasiyası yeni Olimpiya reytinq cədvəlini açıqlayıb.
Reytinq cədvəlində ilk onluqda Azərbaycan milli komandasının bir üzvü yer alıb. Həmyerlimiz, 67 kq çəki dərəcəsində mübarizə aparan Fəridə Əzizova 161 xalla 6-cı pillədə qərarlaşıb. Bu çəki dərəcəsində ilk pillədə fransalı Habi Niaredir.