Asiya çempionatında 350 budoçu mübarizə aparacaq

Asiya çempionatında 350 budoçu mübarizə aparacaq

Dekabrın 28-29-da Biləsuvar Olimpiya İdman Kompleksində həvəskarlar arasında budo döyüş növləri üzrə Asiya çempionatı keçiriləcək.
Yarışda Azərbaycan idmançıları ilə yanaşı, İran, Türkiyə, Gürcüstan, Pakistan və Rusiyadan 350-dək budoçu birincilik uğrunda qüvvəsini sınayacaq.
Qeyd edək ki, çempionatın baş hakimi Səbuhi Vəliyev, baş katibi isə Əlimusa Balayevdir.