Dekabrın 24-də "Sərhədçi” Olimpiya İdman Kompleksində gənclər və böyüklər arasında taekvondo üzrə Azərbaycan çempionatı başlayıb.
Azərbaycan Taekvondo Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdikləri yarışda Bakı və bölgələrdə fəaliyyət göstərən klublardan 310–dək idmançı iştirak edir.
Gənclər arasında birincilik (10 çəki dərəcəsində) dekabrın 24-dən 26-dək, böyüklərin mübarizəsi isə dekabrın 27-28-də 8 çəki dərəcəsi üzrə keçiriləcək.
Çempionata ötən illərdən fərqli olaraq, ədaləti qorumaq üçün yerli hakimlərdən başqa Rusiya, İran, Koreya Respublikası və Qazaxıstandan ədalət təmsilçiləri də dəvət olunublar.