İnsanın iradəsi hər şeyə qadirdir

İnsanın iradəsi hər şeyə qadirdir



27 yaşlı amerikalı Kristofer Melendez hərbi xidmətini İraqda keçirib. Evə qayıtmağına cəmi 23 gün qalmış ayaqlarının altında əldəqayırma mina partlayıb. Gənc əsgər uzun müddət hospitalda müalicə olunub. Həkimlər Melendezin ayağnın birini amputasiya ediblər. Təkayaq qalan Kristofer ruhdan düşməyib. Protez ayaqla hərəkət etməyi öyrənib.
2012-ci ildə, tam bərpa olunandan sonra gərgin məşqlərə başlayıb. Uşaqlıqdan arzusu amerikalıların sevimli idman növü olan reslinqdə çıxış etmək olub. Reslinq güləşi xatırlatsa da, əslində qaydasız döyüşü xatırladan sərt idman növüdür.
Hazırda Kristofer reslinq yarışlarında uğurla iştirak edir.