Fevralın 10-11-də Türkiyədə Avropa Taekvondo Birliyinin (ATB) və Türkiyə Taekvondo Federasiyasının (TTF) birgə təşkilatçılığı ilə G1 kateqoriyalı klublar arası 3-cü Avropa çempionatı keçirilib. Yarışda ölkəmizi DİN İC, «Qəbələ» TK, «Gilan»İK, «Neftçi İK» İB, Sumqayıt və «Fateh»TK-nın idmançıları təmsil ediblər. Təmsilçilərimiz uğurla çıxış edərək ümumilikdə 6 medal qazanıblar. Yeniyetmələr arasında Minayə Əkbərova (-33 kq, «Gilan»İK), gənclər arasında Nərgiz Mirzəyeva (-42 kq, Sumqayıt), Jalə Əsədli (-68 kq, DİN İC) bürünc medal qazanıblar. Gənc oğlanların yarışında isə Şamil Şirinzadə (-45 kq, «Gilan»İK), İlham Əliyev (-45 kq, Sumqayıt), Əli Məmmədov (-51 kq, DİN İC) yenə də bürünc medal qazanıb.