Taekvondo üzrə yığma komandamız aprelin 2-dən 11-dək İranda növbəti təlim-məşqlərə qatılacaq. Təlim-məşqlərdə milli komandanın baş məşqçisi Ələkbər İmaməliyev, böyük məşqçi Elnur Amanov, gənclərdən ibarət yığmanın baş məşqçisi, əməkdar məşqçi Məmməd Abdullayev, bu yaş qrupu üzrə böyük məşqçi Təvəkkül Bayramovun rəhbərliyi altında gənclər və böyüklərdən ibarət kişi və oğlan komandamız təmsil edəcək. Xatırladaq ki, bu, milli komandamızın İrana ikinci səfəridir. Fevralın əvvəlində Tehranda keçirilən hazırlıqlara kişi və qadınlardan ibarət böyük heyət yollanmışdı.