Azərbaycan Kyokusinkaykon Karate Federasiyasında 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş respublika seminarı və konfrans keçirilib. Kyokusinkaykon Karate Federasiyasının və Beynəlxalq Kyokusinkay Federasiyasının prezidenti Teyyub Əzizovun rəhbərlik etdiyi seminarda 150 idmançı iştirak edib. Seminar idmançıların ustalıq səviyyələrinin artırılması məqsədini daşıyıb.
Daha sonra 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş konfrans keçirilib. Tədbirdə 19 rayon və paytaxt Bakını təmsil edən 52 məşqçi təlimatçı, o cümlədən yığma komandaların üzvləri iştirak ediblər. Kanço Teyyub Əzizov çıxış edərək Bədən Tərbiyəsi və idman Gününün əlamətdar bir bayram olduğunu bildirib: "Azərbaycan idmançılarının bayramı bütün xalqımızın bayramıdır. 5 mart gününün idman günü kimi qeyd edilməsi bir daha göstərir ki, bu sahə dövlətimizin diqqət mərkəzindədr. Məhz bunun nəticəsidir ki, uşaq və gənclərin idmana marağı daha da artıb. Bu isə, gənclərin sağlam ruhda böyüməsinə, onların fiziki inkişafına müsbət təsir göstərir. Bədən Tərbiyəsi və İdman Günü həm də sağlamlıq bayramıdır. Fürsətdən istifadə edərək idmançılarımızı, o cümlədən xalqımızı təbrik edirəm”, - deyə o əlavə edib.
Konfransda çıxış edən idmançılar və məşqçilər də 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününün respublikamızda böyük soşğu ilə qeyd olunduğunu vurğuladılar.