Həmyerlimiz Almaniyada seminar keçəcək

Həmyerlimiz Almaniyada seminar keçəcək

Martın 18-20-də Almaniyanın Meppen şəhərində sudo döyüş növü üzrə beynəlxalq seminar təşkil olunacaq. Almaniya və qonşu ölkələrin idmançılarının iştirak edəcəyi seminar həmyerlimiz döyüş ustası Sabir Süleyman tərəfindən keçiriləcək.
Xüsusi vurğulayaq ki, azərbaycanlı mütəxəssisin Avropada seminar keçməsi idman tariximizdə ilk hadisədir.
Mart ayının 27-30-da isə Portuqaliyanın Vaqoş şəhərində sudo döyüş növü üzrə dünya çempionatı olacaq. Qeyri- Olimpiya İdman Növləri Assosiasiyasının (ÜAC Assosiation) təşkil etdiyi bu yarışda ölkəmizi Sabir Süleyman idmançı kimi təmsil edəcək.
Təcrübəli karateçi iştirak edəcəyi turnirlər barədə "Olimpiya dünyası”na məlumat verərkən qeyd etdi ki, onu iyul ayında
23-27-də ABŞ-ın Las-Veqas şəhərində dünya çempionatı keçiriləcək. Maraqlısı odur ki, bu çempionat məşhur döyüş ustası və kino ulduzu Çak Norrisin 75 illiyinə həsr edilib. Bilirsiniz ki, Çak Norris bütün dünyada tanınır. Dünya çempionatının məhz onun şərəfinə keçirilməsi heç də təsadüfi deyil. Çan-kuk-do növü üzrə təşkil olunacaq dünya çempionatına Azərbaycandan mən dəvət almışam. Çalışacağam ki, bu yarışda ölkəmizi layiqincə təmsil edim”, deyə o əlavə etdi.
Məlumat üçün bildirək ki, Sabir Süleyman karate-do, MSAK və konq-sau döyüş növləri üzrə 3 qat dünya və 3 qat Avropa çempionu, V dan qara kəmər sahibidir. Peşəkar döyüşçü Karate-do Akademiyasının rəhbəridir.