Stend atıcılarımız Dünya Kubokunda yarışacaqlar

Stend atıcılarımız Dünya Kubokunda yarışacaqlar



Martın 21-dən 28-dək Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində stend atıcılığı üzrə dünya kuboku yarışları keçiriləcək. Turnirdə Azərbaycanı 6 idmançımız təmsil edəcək.
Stend atıcılığının tranş növündə Əlimirzə Quliyev, Elvin İsmayılov, Alina Rafiqxanova, dairəvi yarışlarda isə Paşa Əhədpur, Emin Cəfərov və Nurlanə Cəfərova birincilik uğrunda mübarizə aparacaqlar.