Təmsilçilərimiz Hollandiyada mükafatsız qaldılar

Təmsilçilərimiz Hollandiyada mükafatsız qaldılar

Hollandiyanın Arnhem şəhərində pnevmatik tapançadan atəşaçma üzrə Avropa çempionatı keçirilib. Yarışda ölkəmizi kişilərarasında Ruslan Lunyov, qadınlar arasında isə millisində Nəzrin Abbaslı, Leyla Mirzəyeva, Nərminə Səmədova və Olqa Stepanova təmsil ediblər. Snayperlərimiz pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma proramında da iştirak ediblər. Təmsilçilərimizdən ən yaxşı nəticə Ruslan Lunyova məxsus olub. O, 575 xal toplayaraq 57 idmançı arasında 20-ci yeri tutub. Çempionatın qalibi adını isə almaniyalı idmançı Fillipp Qrimm qazanıb.