Karateçimiz növbəti dəfə Avropa çempionu oldu

Karateçimiz növbəti dəfə Avropa çempionu oldu


Martın 21-də İstanbulda karateçilərin 50-ci Avropa çempionatının 3-cü yarış günündə ayrı-ayrı çəki dərəcələrinin mükafatları uğrunda görüşlər keçirilib.
Təmsilçimiz Rafael Ağayev növbəti dəfə Avropa çempionu adına layiq görülüb. O, alman karateçi Noah Bitçi qızıl medal uğrunda mübarizədə məğlub edib. Digər təmsilçimiz Niyazi Əliyev də  rəqiblərinə qalib gələrək finalda birinclik əldə edib.
Azərbaycan millisinin üzvü Ayxan Mamayev italiyalı rəqibi Nello Maestriyə məğlub olaraq gümüş medalla kifayətlənib.
Beləliklə, karateçilərimiz 50-ci Avropa çempionatında 2 qızıl, 1 gümüş medal əldə edibıər.