“Nəhənglər”in yarışı “Sədərək” idman klubunda keçirilib

“Nəhənglər”in yarışı “Sədərək” idman klubunda keçirilib


Buyaxınlarda "Sədərək” idman klubunda kadetlər, yeniyetmələr və böyüklər arasında sumo üzrə Bakı açıq çempionatı keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Sumo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda paytaxtın "Sakura”, "Sərhədçi”, "Neftçi İdman Klubu” İB, "Ruslan”, "Qəbələ”, "Budo”, "Lider”, "Sədərək”, "Yesaul”, "Binə” klubları ilə yanaşı, Siyəzəni təmsil edən idmançılar da qüvvələrini sınayıblar.
Kadetlər arasında keçirilən yarışlarda Rəşid Sadıqov (45 kq), Yusif Cabbarov (55 kq), Turan Qasımov (65 kq), Mirəli Hüseynli (75 kq), Kənan Əhmədov (+75 kq) birinci yerə layiq görülüblər. Yeniyetmeler arasında çempion adını isə Nurlan Osmanov (60 kq), Tural Əhmədov (70 kq), Elmar Əhmədov (80 kq), Sərdar Şəfixanov (90 kq) və Vüsal Orucoğlu (+90 kq) qazanıblar.
Kişilər arasında 70 kq çəki dərəcəsində finalda Samir Ismayılov və Zaur Kərimov qarşılaşıblar. Dəfələrlə Avropa çempionu olan idmançıların mübarizəsində Samir Ismayılov qızıl medala sahib çıxıb.
Soltan Ağayev (85 kq), Kamran Rzayev (100 kq) və Vüsal Orucov (115 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Sumo Federasiyası tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, yarışların baş hakim Telman Əhmədli olub.