Aprelin 11-12-də Masallı Taekvondo Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş taekvondo üzrə rayon birinciliyi keçirilib. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda yeniyetmə və gənc taekvondoçular mübarizə aparıblar. Birincilikdə 72 idmançı 12 çəki dərəcəsində gücünü sınayıb. Yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında ulu öndər Heydər Əliyev irsinin təbliği, fiziki sağlamlığının artırılması, idmanın taekvondo növünün rayonda inkişaf etdirilməsindən ibarət olub. Gərgin mübarizə şəraitində keçən yarışda qalib gələn bütün idmançılar Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.