Aprelin 18-i Moldovanın paytaxtı Kişinyovda taekvondo üzrə G1 kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Yarışda ölkəmizi 13 kişi və 10 qadın idmançı təmsil edəcək. Kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandoust, bu yarışda Vüsal Məmmədov (-54 kq), Fizam Mehtiyev (-54 kq), Məhəmməd Məmmədov (-63 kq), Kamil Abdulrrazakov (-63 kq),Sina Bahrami (-63 kq), Ayxan Tağızadə (-68 kq), Səid Quliyev (-74 kq), Elvin Məmmədov (-74 kq), İlkin Şahbazov (-74 kq), Milad Beigi Harchegani (-80 kq), Radik İsayev (-87 kq), Əhməd Mohammadi (+87 kq) və Ceyhun Həsənliyə (+87 kq) şans verəcək.
Qadın milli komandamızın baş məşqçisi Sun Mi Park isə Ceren Özbək (-49 kq), Nurgül Çelik (-49 kq), Patimat Abakarova (-49 kq), Lazara Caridad Valdes Povea (-53 kq), Günay Ağakişiyeva (-57 kq), Darya Şkurko (-62 kq), Fəridə Əzizova (-67 kq), Marina Tedeeva (-73 kq), Soheila Sayahi (-73 kq) və Parisa Kafael Mohammad Nejada (+73 kq) etimad göstərib.
Reytinq xarakterli turnir başa çatdıqdan sonra bir gün sonra para-taekvondo üzrə 4-cü Avropa çempionatına start veriləcək. Qitə çempionatında isə 12 taekvondoçumuz medallar uğrunda mübarizəyə qoşulacaq. Milli komandalarımız hər iki yarışa, Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev və baş katibi Həmdiyyə Məmmədovun rəhbərliyi altında qatılacaq. İdmançılarımız vətənə aprelin 19-da dönəcəklər.