Moldovanın Kişinyov şəhərində taekvondo üzrə keçirilən G-1 kateqoriyalı, ikinci "Moldova Open” beynəlxalq turniri yığma komandamız üçün uğurlu olub. 36 ölkədən 449 taekvondoçunun iştirak etdiyi yarışda ölkəmizi 23 idmançı təmsil edib. Komandamızın üzvləri bu turnirdə 9 (3 qızıl, 2 gümüş, 4 bürünc) medala sahib çıxıblar.
İlkin Şahbazov (-74 kq), Radik İsayev (-87 kq) və Fəridə Əzizova (-67 kq) bütün rəqiblərindən üstün olaraq çempion tituluna yiyələniblər. Sina Bahrami (-63 kq), Nurgül Çelik (-49 kq) gümüş, Əhməd Mohammadi (87+ kq), Patimat Abakarova (-49 kq), Daria Şkurko (-62 kq) və Parisa Mohammad Nejad (73+ kq) bürünc medallara sahib çıxıblar.