Tanınmış karateçilərimiz biliklərini Lüksemburqlu yeniyetmə və gənclərlə paylaşıblar

Tanınmış karateçilərimiz biliklərini Lüksemburqlu yeniyetmə və gənclərlə paylaşıblar

Lüksemburqda keçirilən açıq beynəlxalq turnirdə uğurla çıxış edən Azərbaycan karateçiləri yarışdan sonra bu ölkənin aparıcı klublarından olan "Differdange”-nin aşağı yaşlı komandası ilə birgə məşq keçiblər. Qeyd edək ki, bu təklif Lüksemburq Karate Federasiyası tərəfindən gəlib. Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov, dünyanın məhşur karate ölkələrinin Azərbaycan karatesinə maraq gösərdiyini, karateçilərimizin Lüksemburqlu yeniyetmə və gənclərlə biliklərini paylaşmasını onların inkişafına köməklik göstərəcəyini bildirib. Azərbaycan karateçilərindən məşqlərdə komandanın kapitanı Şahin Atamov (+84 kq) və Firdovsi Fərzəliyev (-60 kq) kumite, Tural Balcanlı isə kata yarışları üzrə təcrübələrini bölüşüb. Birgə hazırlıqdan məmnun qalan Lüksemburq Karate Federasiyasının rəsmiləri, idmançılar və valideyinləri AMKF rəhbərliyi və milli komandamızın üzvlərinə minnətdarlıqlarını bildirərək onlara xatirə hədiyyələri təqdim ediblər.