İdmançımız Qran-pri yarışlarının qalibi olub

İdmançımız Qran-pri yarışlarının qalibi olub


Qəbələ rayonundakı Stend və Ox Atıcılığı Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Olimpiya atıcılıq növləri üzrə II Beynəlxalq Qran-pri yarışları davam edir.
Ümumi mükafat fondu 96,5 min ABŞ dolları olan yarışda 17 ölkədən 150-yə yaxın idmançı qüvvəsini sınayır. Atıcılığın səngər stendi üzrə gənc oğlanlar arasında keçirilən yarışda Əlmirzə Quliyev Avstraliyanın iki tanınmış idmançısı Lack Wallageni və Samuel Bilsmanı geridə qoyaraq yarışların qalibi adını qazanıb. Xatırladaq ki, mayın 18-də keçirilən qadınların yarışında isə Azərbaycan idmançısı Rəna Ələsgərova uğurlu çıxışı ilə Olimpiya çempionu Makkela-Nummela Satunu (Finlandiya) və Alhaval Saranı (Küveyt) geridə qoyaraq birinci yeri tutmuşdu.
Yarışlara mayın 24-də yekun vurulacaq.