«Avropa Oyunlarında Azərbaycanın bayrağını yüksəltmək, himnini səsləndirməyi çox istəyirdim»

«Avropa Oyunlarında Azərbaycanın bayrağını yüksəltmək, himnini səsləndirməyi çox istəyirdim»



84 kq çəki dərəcəsində kumite yarışlarının qalibi olan Ayxan Mamayev ölkəmizə 5-ci qızıl medalı qazandırdı. Yarışlar başa çatan kimi karateçimiz qələbə sevincini bizimlə bölüşdü:
- Avropa Oyunlarına ciddi hazırlaşmışdım. Doğma divarlar arasında Azərbaycanın bayrağını yüksəltmək, himnini səsləndirmək istəyirdim. Şükürlər olsun ki, buna nail oldum. Mənə dəstək olan hər bir kəsə minnətdarlığımı bildirirəm. İslam Oyunlarından sonra karatenin Avropa Oyunları kimi mötəbər yarışın proqramına salınması bizi çox sevindirdi. Finalda qarşılaşdığım yunanıstanlı rəqibimlə ilk döyüşdə də üz-üzə gəlmişdim. O taktika işlətdi ki, qrupdan birinci çıxsın. Buna görə mənimlə döyüşü heç-heçə ilə başa vurdu. Ukraynalı karateçi ilə ikinci döyüşdə rəqib məni gözümdən ciddi zədələdi. Üz hissəmdə sümüyüm sındı. Buna baxmayaraq, finaladək mübarizə apardım. Avropa Oyunlarında zəif rəqib yoxdur. Karateçilərin hər biri Avropa Oyunlarına iştirak hüququnu Avropa çempionatında qazanıb