- Rəqiblərin çox güclü və təcrübəli idilər. Lakin qızıl medala layiq görüldün. Bu barədə nə deyərdin?
- Keçirdiyim qarşılaşmalarda hər bir rəqibim güclü idi . Lakin qarşıma qoyduğum məqsədə çatdım. Bax, budur, medal, özü də qızıl medal mənim boynumdan asılıb. Çox sevinirəm.
- Final görüşün necə keçdi?
- Finaldakı rəqib ilə bu gün ikinci dəfə yenə görüşdüm. İlk görüşdə ona 0:4 hesabı ilə məğlub olmuşdum. Lakin finalda buna imkan vermədim. Amma çətin görüşdə qələbə əldə etməyin bir başqa ləzzəti var.
- İrina, medalların təltifetmə mərasimində Azərbaycan Respublikasının himnini ifa etdin...
- Azərbaycan mənim üçün doğmadır . Mən onun bayrağını da, himnini də sevirəm.
-Daha hansı sözləri bilirsən?
- Üç aydır ki, yığma komandaya cəlb olunmuşam. Həmin vaxtdan özümü bu ölkənin vətəndaşı hesab edirəm. Kifayət qədər söz ehtiyatım var. Avropa Oyunlarının qalibi olmaq doğrudan da böyük şərəfdir.