Azərbaycan Avropa Oyunlarının 6 qızıl medalını qazanıb

Azərbaycan Avropa Oyunlarının 6 qızıl medalını qazanıb


Azərbaycan güləşçiləri birinci Avropa Oyunlarında daha bir qızıl medal qazanıblar. Növbəti qızıl medal Elvin Mürsəliyevdən gəlib. Final görüşündə Serbiya idmançısı Viktor Nemesi məğlub edən Elvin Mürsəliyev Avropa Oyunlarının çempionu adını qazanıb. Rusiyalı Ç.Labazanov və Ukrayna güləşçi Dmitri Puşkov yarışı üçüncü pillədə başa vurublar.
Qeyd edək ki, yeniyetmələr arasında dünya çempionu Elvin Mürsəliyev (75 kq) qələbəyə gedən yolda Slovakiya təmsilçisi Riçard Riqo, rumıniyalı İonel Puskasu, Rusiya güləşçisi Çingiz Labazanov və gürcüstanlı Zurabi Datunaşviliyə qalib gəlib.
Bakı-2015 Avropa Oyunlarının üçüncü yarış günündə də uğurla çıxış edən komandamız qızıl medalların sayını 6-ya çatdırıb. Beləliklə, Azərbaycan yığması medalların sayına görə komanda hesabında 1-ci yerdədir. Komandamız 13 (6 qızıl, 2 gümüş və 5 bürünc) medalla liderdir. 2-ci yerdə 7 (5 qızıl, 2 bürünc) Rusiya qərarlaşıb. Türkiyə komandası isə 12 (4 qızıl, 2 gümüş və 6 bürünc) medulla 3-cü yeri tutur.


Olimpnews.az