«Bu medal mənim üçün çox dəyərlidir»

«Bu medal mənim üçün çox dəyərlidir»


Avropa Oyunlarının karate yarışlarında + 68 kq çəki dərəcəsində kumite yarışlarının gümüş medalçısı Meltem Hocaoğlu «olimpnews.az» saytı ilə fikirlərini bölüşdü:
- Uğurlu çıxış üçün böyük əmək sərf etmişəm. Şükürlər olsun ki, əziyyətim hədər getmədi. Bu medal mənim üçün çox dəyərlidir. Əlbəttə, çox istərdim ki, qızıl medal qazanım. Bir sıra taktiki səhvə yol verdim və birincilik qazana bilmədim. 23 yaşım var. 9 yaşımdan karate ilə məşğul oluram. Əvvəllər voleybola da getmişəm. Sonradan karateni seçdim. 21 yaşa qədər idmançılar arasında dünya çempionu adını qazanmışam. Avropa çempionatında ikinci və üçüncü yerləri tutmuşam. Türkiyə komandası dünya çempionatının üçüncüsü olub. Avropa Oyunlarına seçim yarışları Türkiyədə keçirilirdi. Oradakı abu-hava demək olar ki, eyni idi. Qardaş ölkədə bizi çox çox qarşıladılar. Karate Olimpiya Oyunları proqramında yoxdur. Avropa Oyunlarının təşkili bizi çox sevindirdi. Təşkilatçılıq çox yüksək səviyyədədir.