Bakı-2015 Avropa Oyunlarında uğurla çıxış edən Azərbaycan komandası qızıl medalların sayını 6-ya çatdırıb. Beləliklə, ölkəmiz medalların sayına görə komanda hesabında 1-ci yerdədir. Komandamız 13 (6 qızıl, 2 gümüş və 5 bürünc) medalla liderdir. 2-ci yerdə 9 (6 qızıl, 1 gümüş və 2 bürünc) Rusiya qərarlaşıb. Türkiyə komandası isə 12 (4 qızıl, 2 gümüş və 6 bürünc) medulla 3-cü yeri tutur.
Azərbaycan idmançılarının Avropa Oyunlarında qazandığı medallar
13 iyun
qızıl
Rəfail Ağayev, karate
Firdovsi Fərzəliyev, karate
Rəsul Çunayev, yunan-Roma güləşi
gümüş
Rafiq Hüseynov, yunan-Roma güləşi
bürünc
İlahə Qasımova, karate
Niyazi Əliyeva, karate
Elman Muxtarov, yunan-Roma güləşi
Cəmi: 3 qızıl, 1 gümüş, 3 bürünc
14 iyun
qızıl
İrina Zaretska, karate
Ayxan Mamayev, karate
Elvin Mürsəliyev, yunan-Roma güləşi
gümüş
Sabah Şəriəti, yunan-Roma güləşi
bürünc
Həsən Əliyev, yunan-Roma güləşi
Rastislav Pevtsov, triatlon
Cəmi: 3 qızıl, 1 gümüş, 2 bürünc