Avropa Oyunları çərçivəsində güləş yarışlarının üçüncü günündə qadın güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıblar. Qızıl medalı yığmamıza Mariya Stadnik (48 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.
Dördüncü yarış günündə 53 kq, 58 mkq, 63 kqvə 75 kq çəkidə qadın güləşçilər mübarizə aparıblar.
53 kq çəkidə mübarizə aparan təmsilçimiz Anjela Doroqan finala qədər inamla irəliləyib. Əvvəlcə Türkiyədən Merve Kenger, ardınca isə macar Mersedes Denes və moldovalı Natalia Budu üzərində inamlı qələbə qazanıb. Həlledici görüşdə onun rəqibi Polşadan Roksana Zasina olacaq.
58 kq-da təmsilçimiz İrina Netreba mübarizəyə inamla başlayıb. Ardıcıl olaraq İtaliyadan Carola Rainero və bolqar Mimi Hristovanı məğlub etsə də, yarımfinalda macar Emese Barkaya uduzub. Bürünc medal uğrunda həlledici görüşə çıxaca İrinanın rəqibi Norveçdən Qreys Bullen olacaq.