Qadın güləşçimiz qızıl medal qazandı

Qadın güləşçimiz qızıl medal qazandı



İyunun 15-də keçirilən qadın güləşi yarışlarında Anjela Doroqan (53 kq) Azərbaycan komandasının hesabına daha bir qızıl medal yazdırıb. Əvvəlcə Merve Kenger (Türkiyə), ardınca Mersedes Denes (Macarıstan) və Natalia Budunu (Moldova) mübarizədən kənarlaşdıran təmsilçimizin finalda rəqibi Polşa təmsilçisi Roksana Zasina olub. Azərbaycan idmançısı rəqibini 3:1 hesabı ilə məğlub edərək Avropa Oyunlarının çempionu adına layiq görülüb.

Beləliklə, qadın güləşçilərimiz Avropa Oyunlarını 3 (2 qızıl və 2 bürünc) medalla başa vurublar.