Kamandan oxatan qadınlarımız almanlara uduzdular

Kamandan oxatan qadınlarımız almanlara uduzdular


Bakıda keçirilən Avropa Oyunları davam edir
Bakı-2015 I Avropa Oyunlarında kamandan oxatma üztə komanda yarışları keçirilir.
Qadınlardan ibarət Azərbaycan millisi çıxışını başa vurub. Olqa Senyuk, Nurlana Vəliyeva və Yaylagül Ramazanovadan ibarət yığmamız 1/8 finalda Almaniyaya 0:6 hesabı ilə uduzaraq, 1/4 finala adlaya bilməyib.
Digər iki yığmamız 1/8 finalda İtaliya ilə görüşəcək. Kişilərdən ibarət komandamız 11:55, qarışıq yığmamız 15:25-də yarışacaq. 
Qeyd edək ki, kişilərdən ibarət komandada Aleksey Kopnin, Taaras Senyuk və Roman Vengerov çıxış edir. Qarışıq yığmamızda isə Olqa Senyukla Taras Senyuk çıxış edir.