Təmsilçilərimiz çimərlik voleybolunda bu gün mübarizə aparırlar

Təmsilçilərimiz çimərlik voleybolunda bu gün mübarizə aparırlar


İyunun 17-də Bakı-2015 I Avropa Oyunlarında çimərlik voleybolu üzrə yarışlarda növbəti oyunlar keçiriləcək.
Bu yarışlarda qadınlar qrupda III və son turda yarışacaqlar, kişi voleybolçular isə yarışa start götürəcəklər.
Azərbaycan komandası çimərlik voleybolu yarışlarında iki komanda ilə təmsil olunur. A qrupunda iştirak edən idmançılarımız ilk görüşdə Litva ilə üz-üzə gələcək. H qrupundakı kişi təmsilçilərimiz isə çexlərlə qarşılaşacaqlar.
Maraqlıdır ki, qadınlar da bu gün müvafiq olaraq Litva və çexiyalı rəqibləri ilə qarşılaşacaqlar.