Bədii gimnastlarımız mübarizəyə qoşuldular

Bədii gimnastlarımız mübarizəyə qoşuldular


Bakı-2015 I Avropa Oyunlarında bədii gimnastika yarışlarına start verilib. Milli Gimnastika Arenasında keçirilən yarışların ilk günündə qrupların mübarizəsi keçiriləcək.
Lent, gürzlər və həlqələrdə təsnifat mərhələsində mübarizə aparacaq gimnastlarımız çoxnövçülükdə qalibləri müəyyənləşdirəcək. 13 komandanın çıxış etdiyi yarışda Azərbaycan millisi də mübarizə aparır.
Yığmamızın heyətində Səbinə Abbasova, Aynur Mustafayeva, Siyana Vasilyeva, Aleksandra Platonova və Diana Doman çıxış edəcək. Komandamız xalça üzərinə 8-ci çıxacaq.