Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançıları

Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançıları


13 iyun- 7 medal (3 qızıl, 1 gümüş, 3 bürünc)


Adı: Firdovsi
Soyadı: Fərzəliyev
Təvəllüdü: 10.07.1993
İdman növü: Karate
Çəkisi: 60 kq
Nailiyyətləri: I Avropa Oyunlarının qalibi

Oyunlarda qələbə qazanacağıma ümid edirdim. Çox sevinirəm ki, həm özümün, həm də mənə azarkeşlik edənlərin etimadını doğrultdum. Avropa Oyunlarında çıxış edən idmançılarımıza uğurlar arzu edirəm.






Adı: Rafael
Soyadı: Ağayev
Təvəllüdü: 04.03.1985
İdman növü: karate
Çəkisi: 75 kq
Nailiyyətləri: 12 qat Avropa çempionu, 4 qat dünya çempionu, I İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı, III İslam Həmrəyliyi Oyunları, Ümumdünya Oyunları, I Avropa Oyunlarının qalibi.



Avropa Oyunlarında qızıl medal qazandığım üçün çox xoşbəxtəm. Yarışlara çox ciddi hazırlaşmışdım. Sevinirəm ki, zəhmətim hədər getmədi. Oyunlarda əldə olunan uğurlara görə xalqımızı təbrik edirəm.



Adı: Rəsul
Soyadı: Çunayev
Təvəllüdü: 07.01.1991
İdman növü: güləş
Çəkisi: 71 kq
Nailiyyətləri: Dünya çempionatında III yer (2014, Daşkənd), Avropa çempionatında II (2014 Finlandiya), I Avropa Oyunlarının qalibi

Belə bir mötəbər yarışda qızıl medal əldə etmək hər kəsə nəsib olmur. Sevinirəm ki, bu zirvəyə yüksələ bildim. Azarkeşlərə minnətdaram. Onlar hər bir Azərbaycan idmançısını ürəkdən dəstəkləyirlər.




Adı: Rafiq
Soyadı: Hüseynov
Təvəllüdü: 16.05.1988
İdman növü: güləş
Çəkisi: 80 kq
Nailiyyətləri: Avropa çempionu (2011, Almaniya), I Avropa Oyunlarının gümüş mükafatçısı

Birinci Avropa Oyunlarında qızıl medal qazanmağı çox istəyirdim. Təəssüf ki, alınmadı. Bununla belə, düşünürəm ki, belə bir mötəbər yarışın gümüş mükafatçısı olmaq da pis nəticə deyil.




Adı: İlahə
Soyadı: Qasımova
Təvəllüdü: 14.10.1992
İdman növü: karate
Çəkisi: 55 kq
Nailiyyətləri: I Avropa Oyunlarının bürünc mükafatçısı

Avropa Oyunlarında ölkəmizə ilk medalı qazandıran idmançı kimi, çox xoşbəxtəm. Bu yarışa bütün komandamız ciddi hazırlaşmışdı. Nəticələrimiz əla oldu.






Adı: Niyazi
Soyadı: Əliyev
Təvəllü
dü: 30.01.1986
İdman növü: karate
Çəkisi: 67 kq
Nailiyyətləri: Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı, III İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı, I Avropa Oyunlarının bürünc mükafatçısı

Əsas məqsədim qızıl medal qazanmaq idi. Təəssüf ki, Avropa Oyunlarını üçüncü yerdə başa vurdum. Məni dəstəkləyən hər kəsə minnətdaram. İnanıram ki, növbəti yarışlarda qızıl medal əldə edəcəyəm.





Adı: Elman
Soyadı: Muxtarov
Təvəllüdü: 12.12.1994
İdman növü: güləş
Çəkisi: 59 kq
Nailiyyətləri: Dünya və ikiqat Avropa çempionu, yeniyetmələrin I Olimpiya Oyunlarının qalibi, I Avropa Oyunlarının bürünc mükafatçısı

Birinci Avropa Oyunlarında medalçılar sırasına düşdüyüm üçün sevinirəm. Düzdür, qızıl medal üçün mübarizə aparırdım. Məncə, ilk dəfə təşkil olunan belə bir mötəbər yarışda bürünc medala layiq görülmək də pis deyil.



14 iyun – 6 medal (3 qızıl, 1 gümüş, 2 bürünc)



Adı: Ayxan
Soyadı: Mamayev
Təvəllüdü: 03.12.1991
İdman növü: karate
Çəkisi: 84 kq
Nailiyyətləri: Avropa çempionatının gümüş mükafatçısı, I Avropa Oyunlarının qalibi.

Avropa Oyunlarında qızıl medal qazanmaq mənim arzum idi. Sevinirəm ki, arzuma çatdım. Mənim bu qələbəm bütün Azərbaycan xalqının qələbəsidir. Azarkeşlərə öz təşəkkürümü bildirirəm.




Adı: İrina
Soyadı: Zaretska
Təvəllüdü: 04.03.1996
İdman növü: karate
Çəkisi: 68 kq
Nailiyyətləri: I Avropa Oyunlarının qalibi

Avropa Oyunlarında qələbə qazanmağımda azarkeşlərin də böyük rolu oldu. Anam və qardaşım da məni tribunadan izləyirdilər. Hər dəfə rəqibə zərbə endirdiyimdə anama baxırdım və onun necə sevinc göz yaşları tökdüyünü görürdüm. Düşünürdüm ki, anamın bu göz yaşlarının əvəzini qızıl medal qazanmaqla verə bilərəm.




Adı: Elvin
Soyadı: Mürsəliyev
Təvəllüdü: 17.08.1988
İdman növü: güləş
Çəkisi: 75 kq
Nailiyyətləri: Dünya çempionatında III yer (2014, Özbəkistan), Avropa çempionatında III yer (2014 Finlandiya), I Avropa Oyunlarının qalibi

Bakıda keçirilən bu mötəbər yarışa ciddi hazırlaşmışdım. Özümə inanırdım. Qarşılaşmalarda həyəcan keçirmədim. Qızıl medal qazanacağıma əmin idim. Belə də oldu.




Adı: Sabah
Soyadı: Şəriəti
Təvəllüdü: 01.01.1989
İdman növü: güləş
Çəkisi: 130 kq
Nailiyyətləri: I Avropa Oyunlarının gümüş mükafatçısı

Yarışlara hazır idim. Finalda türkiyəli güləşçi ilə üz-üzə gəldim. Təəssüf ki, gərgin keçən qarşılaşmada qızıl medal qazana bilmədim. Qızıl medalın bir addımlığında büdrəmək heç də xoş deyil. İnanıram ki, növbəti yarışlarda səhvə yol verməyəcəyəm.




Adı: Həsən
Soyadı: Əliyev
Təvəllüdü: 14.11.1989
İdman növü: güləş
Çəkisi: 66 kq
Nailiyyətləri: Dünya çempionu (2010, Moskva), Avropa çempionatında II yer (2014. Finlandiya), I Avropa Oyunlarının bürünc mükafatçısı

Düzdür, bu yarışlarda qızıl medal qazanmaq istəyirdim, amma alınmadı. Neyləmək olar, bu, idmandır. Rəqiblərim güclü idi. Ermənistanlı rəqibimə qalib gələ bilərdim, çünki indiyə kimi onunla bir neçə dəfə görüşmüşəm və hər dəfə də qalib gəlmişəm.




Adı: Rostislav
Soyadı: Pevtsov
Təvəllüdü: 15.04.1987
İdman növü: triatlon
Çəkisi: 74 kq
Nailiyyətləri: Asiya kubokunun gümüş mükafatçısı; Avropa çempionatının bürünc mükafatçısı; I Avropa Oyunlarının bürünc mükafatçısı.

Triatlon növündə Azərbaycana ilk medalı qazandırdığım üçün çox xoşbəxtəm. Yarışlar gərgin keçdi. Ancaq mükafat uğrunda mübarizədə əzmkarlıq göstərdim. İnanıram ki, mənim uğurum Azərbaycanda triatlonun inkişafına təkan verəcək.



15 iyun -3 medal (1 qızıl, 1 gümüş, 1 bürünc)



Adı: Mariya
Soyadı: Stadnik
Təvəllüdü: 03.06.1988
İdman növü: sərbəst güləş
Çəkisi: 48 kq
Nailiyyətləri: Avropa və dünya çempionu, Pekin-2008 Olimpiadasının bürünc, London-2012 Olimpiadasının gümüş mükafatçısı, I Avropa Oyunlarının qalibi

Çox sevinirəm ki, qızıl medal qazanmışam. Bu mənim üçün böyük şərəfdir. Mən həm Avropa Oyunlarının elçisi, həm də məşəl daşıyanlardan biri idim. İndi isə həm də Avropa Oyunlarının qalibiyəm. Buna görə çox xoşbəxtəm.




Adı: Natalya
Soyadı: Sinişin
Təvəllüdü: 03.07.1985
İdman növü: sərbəst güləş
Çəkisi: 55 kq
Nailiyyətləri: Avropa çempionu, I Avropa Oyunlarının bürünc mükafatçısı



Uğur qazandığım üçün sevinirəm. Bürünc medala layiq görüldüm. Amma bu medal qızıl da ola bilərdi. Avropa Oyunlarında əldə etdiyim bu qələbəni ailəmə, kiçik qızıma həsr edirəm.



Adı: Petro
Soyadı: Paknyuk
Təvəllüdü: 26.11.1991
İdman növü: idman gimnastikası
Çəkisi: 64 kq
Nailiyyətləri: I Avropa Oyunlarının bürünc mükafatçısı

Avropa Oyunlarına çox ciddi hazırlaşmışdıq. Qələbə üçün əlimizdən gələni etdik. Bu medalı qazanmaq üçün çox əziyyət çəkmişik. Sevinirəm ki, Avropa Oyunları bizim üçün uğurlu oldu.




Adı: Eldar
Soyadı: Səfərov
Təvəllüdü: 30.01.1995
İdman növü: idman gimnastikası
Çəkisi: 65 kq
Nailiyyətləri: I Avropa Oyunlarının bürünc mükafatçısı

Komanda şəklində yüksək səviyyədə çıxış etdik. Amma qızıl medal qazana bilmədik. Göründüyü kimi, rəqiblərimiz çox güclü idilər. Lakin birlikdə üzərimizə düşən məsuliyyəti hiss edib, bürünc medala layiq görüldük. Sevinirəm ki, bu gün yığma komandamızın aktivinə növbəti medalı əlavə etdik.




Adı: Oleq
Soyadı: Stepko
Təvəllüdü: 25.03.1994
İdman növü: idman gimnastikası
Çəkisi: 57 kq
Nailiyyətləri: Dünya kubokunun bürünc mükafatçısı, 2014; Dünya kubokunun qalibi, 2015; Avropa çempionu; I Avropa Oyunlarının bürünc mükafatçısı


Daha yaxşı nəticə qazana bilərdik. Petronun zədələnməsi uğurlu çıxışımıza mane oldu. Olimpiya, dünya çempionlarının iştirakı ilə keçirilən yarışda zəif rəqabətdən söz gedə bilməz. Avropa Oyunlarında fərdi növlərdə çıxışlarımı davam etdirəcəyəm. Çıxışlardan sonra daha geniş təəssüratlarımı sizinlə bölüşəcəyəm.



16 iyun-3 medal (1 qızıl, 1 gümüş, 1 bürünc)

Adı: Anjela
Soyadı: Doroqan
Təvəllüdü: 02. 11.1989
İdman növü: sərbəst güləş
Çəkisi: 53 kq
Nailiyyətləri: Qızıl Qran-pri yarışlarının bürünc mükafatçısı, Avropa Oyunlarının qalibi

Avropa Oyunlarının çempionu olduğum üçün çox xoşbəxtəm. Bu, mənim həyatımda ilk qızıl medalım idi. Çox xoşbəxtəm ki, bu yarışlarda tarix yaza bildim. Bakıda keçirilən Avropa Oyunlarının finalında qalib gəlmək və Azərbaycanın bayrağını ucaltmaq mənim üçün şərəfdir.



Adı: Valentin
Soyadı: Demyanenko
Təvəllüdü: 23.10.1983
Çəkisi: 92 kq
İdman növü: Avarçəkmə (ranoe)
Nailiyyətləri: dünya çempionu (Zaqreb, 2005); Avropa çempionatının gümüş medalçısı (Poznan, 2005); dünya çempionatının gümüş medalçısı (Seqed, 2006); dünya çempionu (Dartmut, 2009); Avropa çempionu (Brandenburq, 2009); dünya çempionu (Seqed, 2011, 200 m); dünya çempionatının gümüş medalçısı (Seqed, 2011, 4 x 200 m); Avropa çempionu (Belqrad, 2011, 200 m); Avropa çempionu (Belqrad, 2011, 500 m); Avropa çempionu (Zaqreb, 2012); Avropa çempionatının gümüş mükafatçısı (Montemor-U- Velylo, 2013); dünya çempionu (Duysburq, 2013); Avropa Oyunlarının gümüş mükafatçısı.

Avropa Oyunlarında qızıl medal qazanmaq istəyirdim. Amma alınmadı. İlk dəfə keçirilən birinci Avropa Oyunlarında Azərbaycanı ləyaqətlə təmsil etdiyim üçün sevinirəm. İnanıram ki, ümumi komanda hesabında Azərbaycan yığması yüksək yerlərdən birini tutacaq.




Adı:Patimat
Soyadı:Abakarova
Təvəllüdü: 23.10.1994
İdman növü: taekvondo
Çəkisi: 49 kq
Nailiyyətləri: Üçüncü İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı, I Avropa Oyunlarının bürünc mükafatçısı.

Avropa Oyunlarında qızıl medal qazanmaq istəyirdim. Bunun üçün yüksək səviyyədə hazırlaşmışdım. Amma qismətimə bürünc medal düşdü. Yarımfinalda rəqibimlə mübirəzədə səhvə yol verdim. Əks halda daha yüksək əyarlı medalqazana bilərdim.