Komandamız mübarizəni dayandırıb

Komandamız mübarizəni dayandırıb


Bakı-2015 I Avropa Oyunlarında kamandan oxatmada komanda yarışları keçirilir. Tofiq Bəhramov adına Respublika stadionunda kişilər, qadınlar və qarışıq komandalar mübarizə aparır.
Azərbaycan yığmaları hər 3 yarışda çıxışını erkən başa vurub. Təmsilçilərimiz 1/8 finalda uduzaraq, mərhələ adlaya bilməyib.
Olqa Senyuk, Nurlana Vəliyeva və Yaylagül Ramazanovadan ibarət qadın yığmamız 1/8 finalda Almaniyaya 0:6 (0:2, 0:2, 0:2) hesabı ilə uduzub.
Aleksey Kopnin, Taaras Senyuk və Roman Vengerovdan ibarət kişi yığması İtaliyaya 4:5 (0:2, 2:0, 2:0, 0:2, əlavə oyun 0:1) hesabı ilə məğlub olub.
Olqa Senyukla Taras Senyukdan ibarət qarışıq komandamız da İtaliya ilə görüşüb. 0:6 (0:2, 0:2, 0:2) hesabı ilə yenilən yığmamız çıxışını başa vurub.