Bu gün Bakı-2015 I Avropa Oyunlarının taekvondo yarışlarında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Kişilər 68 kq, qadınlar 57 kq çəki dərəcəsində mübarizəyə start veriblər
Taekvondoçuların yarışının ilk günündə 1 bürünc medal qazanan Azərbaycan yığmasının daha iki üzvü tatami üzərinə çıxıb. Ayxan Tağızadə ispaniyalı Joel Bonilla Qonzalezi 7:5 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda idmançımızın rəqibi rusiyalı Aleksey Denisenko olacaq.
Digər qadın idmançımız Günay Ağakişiyeva isə mübarizəni dayandırıb.
Qeyd edək ki, dünən Patimat Abakarova (48 kq) qadınların yarışında 3-cü yeri tutaraq, bürünc medal qazanıb. Məhəmməd Məmmədov (58 kq) isə kişilərin yarışında bürünc medal uğrunda döyüşdə məğlub olub.