Avropa Oyunları çərçivəsində idman gimnastikası üzrə yarışlarda qadınların komanda mübarizəsində gümüş medal qazanan Almaniya təmsilçisi Sofi Şeder medal sevincini bizimlə bölüşdü:
- Avropa Oyunları yüksək səviyyədə keçirilir. Deyə bilərəm ki, bu Oyunlar digər yarışlardan çox fərqlənir. Burada yaradılan şərait isə heyrətamizdir. Bakı şəhəri çox gözəldir. Olimpiya kəndində idmançılar özlərini evdəki kimi hiss edirlər. Burada hava şəraiti də mənim çox xoşuma gəlir. Komandamız sonadək əzmlə mübarizə apardı. Əsas rəqibimiz olan Rusiya komandası bizi qabaqladı. Ümumiyyətlə, gümüş medal bizim üçün uğurlu nəticədir.