Ayxan Tağızadə:«Ölkə başçısının döyüşümü izləməsi mənə əlavə ruh yüksəkliyi verdi»

Ayxan Tağızadə:«Ölkə başçısının döyüşümü izləməsi mənə əlavə ruh yüksəkliyi verdi»



Bakı-2015 Avropa Oyunlarında taekvondo yarışlarının finalına yüksələn taekvondoçumuz Ayxan Tağızadə həlledici qarşılaşmada polşalı Karol Robakla üz-üzə gələcək. Qarşılaşma saat 22:30-da başlayacaq. Taekvondoçumuz döyüşqabağı fikirlərini olimpnews.az saytı ilə bölüşüb.
- Bu qarşılaşmaya psixoloiji cəhətdən yüksək səviyyədə hazırlaşmışdım. Yarımfinal qarşılaşması mənim üçün revanş döyüş idi. Çünki rusiyalı rəqibimə dünya çempionatında məğlub olmuşdum. Rəqibimin taktikasına bələd idim. Buna görə də ilk raundda böyük xal fərqi ilə irəliyə keçərək növbəti raundlarda müdafiəyə üstünlük verdim. Ölkə başçısının döyüşümü izləməsi mənə əlavə ruh yüksəkliyi verdi. Üzərimə düşən məsuliyyəti hiss edirdim. Yarışlara hazırlığımda atam da mənə yaxından dəstək olmuşdu.
İnanıram ki, finalda da ümidləri doğruldacağam.