Toğrul Əsgərov Avropa Oyunlarının çempionudur

Toğrul Əsgərov Avropa Oyunlarının çempionudur



Olimpiya çempionumuz Toğrul Əsgərov final yarışlarını uğurla başa vuraraq qızıl medala layiq görülüb.
London-2012 Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov (65 kq) finala qədər maneəsiz irəliləyib. İlk olaraq Rusiya təmsilçisi İlyas Bekbulatovu gərgin keçən görüşdə mübarizədən kənarlaşdıran güləşçimiz, daha sonra Moldovadan Mihail Sava, Fransadan Maxime Fiquet, yarımfinalda isə Belarus Azamat Kurikau üzərində inamlı qələbə qazanıb.
Toğrul qızıl medal uğrunda mübarizədə rəqibi İtaliyadan Frank Çamizonu 4:2 hesabı ilə məğlub edib.
Təəssüf ki, 57 kq çəki dərəcəsində yarışan Yaşar Əliyev Bürünc medal uğrunda həlledici görüşdə Türkiyə təmsilçisi Sezer Akgüllə döşəyə çıxan Yaşar Əliyev 8:3 hesabı ilə uduzub.