Qadın voleybolçularımız liderlik edirlər

Qadın voleybolçularımız liderlik edirlər



İyunun 17-də Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçular arasında növbəti turun oyunlarına start verilib. «Baku Cristall» zalında keçirilən görüşdə iştirkaçı komandalar üçüncü matç üçün meydan çıxıblar.
A qrupunda mübarizə aparan yığmamızın rəqibi İtaliya komandası olub.
Yarışa inamla başlayan qadın voleybolçularımız üstün olublar - 1:3 (22:25, 20:25, 25:22, 22:25). Əldə olunan bu qələbə sayəsində millimiz qrupdakı liderliyini qoruyub. Qrupun digər görüşündə isə Polşa millisi Rumıniya yığmasına qalib gəlib - 3:0 (25:23, 25:15, 25:17). A qrupunda növbəti komandaların duelində isə Belçika Türkiyə yığmasını sınağa çəkəcək.