Avropa Oyunlarında güləş yarışları davam edir Yarışlarda Azərbaycan komandasına 10-cu qızıl medalı sərbəst güləşçimiz Xetaq Qazyumov qazandırıb.
Yığma komandamızın kapitanı Xetaq Qazyumov (97 kq) mübarizəyə təsnifat mərhələsindən qoşulub. Ardıcıl olaraq Polşadan Radoslav Baran, Moldovadan Nikolay Ceban, Belarusdan İbrahim Saidaunu mübarizədən kənarlaşdıran Xetaq Qazyumov yarımfinalda Rusiya idmançısı Abdusalam Qadisov üzərində inamlı qələbə qazanıb və finala yüksəlib. Finalda güləşçimiz gürcü idmançısı Elizbar Odikadzeni 3:1 hesabı məğlub edərək Avropa Oyunlarının qızıl medalına layiq görülüb.