Ayxan Tağızadə komandamıza 11-ci qızıl medal qazandırıb

Ayxan Tağızadə komandamıza 11-ci qızıl medal qazandırıb


Bakı-2015 Avropa Oyunlarında taekvondo yarışlarının ikinci günü başa çatıb.
Olimpnews.az xəbər verir ki, yarışda ölkəmizi 67 kq çəki dərəcəsində təmsil edən Ayxan Tağızadə çempion adını qazanıb. Qeyd edək ki, təmsilçimiz yarışa ilkin mərhələdən başlayıb. Sloveniyalı Yure Pantarla döyüşən həmyerlimiz rəqibinə heç bir şans verməyib - 11:3. Ayxan 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gəlib. 19 yaşlı idmançımız təcrübəli rəqib qarşısında layiqli mübarizə aparıb. Hücumda dəqiq, müdafiədə diqqətli olan Tağızadə 7:5 hesabı ilə qalib gələrək, yarımfinalda iştirak hüququ qazanıb. "Neftçi İdman Klubu"nun üzvü finala gedən yolda Aleksey Denisenko ilə döyüşüb. Tağızadə əvvəlki qarşılaşmalarında olduğu kimi bu dəfə də inamlı təsir bağışlayıb. Həmyerlimiz rəqibinin Avropa və dünya çempionatının, həmçinin Olimpiya Oyunlarının mükafatçısı olmasına baxmayaraq, çəkinmədən mübarizə aparıb və onu üstələyib - 7:5.
Ayxan finalda polşalı Karol Robakla qarşılaşıb və ona qalib.
Xatırladaq ki, dünən Patimat Abakarova (48 kq) qadınların yarışında 3-cü yeri tutaraq, bürünc medal qazanıb.