«Sevincimin həddi-hüdudu yoxdur»

«Sevincimin həddi-hüdudu yoxdur»



Bakı-2015 Avropa Oyunlarının çempionu, taekvondoçumuz Ayxan Tağızadə medal sevincini olimpnews.az saytı ilə bölüşüb.

- Çempion olduğum üçün çox xoşbəxtəm. Sevincimin həddi-hüdudu yoxdur. Qələbəmdə əməyi olan hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Yarımfinal qarşılaşması mənim üçün çətin keçdi. Rusiyalı rəqibimə dünya çempionatında məğlub olduğumdan bu qarşılaşma mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Düzgün taktika sayəsində ona qalib gəldim. Üzərimə düşən məsuliyyəti hiss edirdim. Yarışlara hazırlığımda atam mənə yaxından dəstək olub.