“Zəfər Günləri” davam edir

“Zəfər Günləri” davam edir



Avropa Oyunlarının qalib və mükafatçılarının şərəfinə təşkil olunan "Zəfər Günləri” davam edir.
Azərbaycan Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən bu tədbirlər iyunun 19-da davam etdirilib. "Zəfər Günləri” çərçivəsində təşkil edilən tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Azad Rəhimov, Olimpiya çempionları Namiq Abdullayev və Fərid Mansurov, KİV nümayəndələri, idman ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Avropa Oyunları çərçivəsində iyunun 18-də keçirilən yarışlarda uğur qazanan idmançılar da tədbirə dəvət olunmuşdular. Taekvondoçular Milad Beigi, Fəridə Əziziova, güləşçilər Hacı Əliyev, Ruclan Dibirhacıyev, Camaləddin Maqomedov, gimnastlar Oleq Stepko tədbirdə MOK tərəfindən mükafatlandırıldılar.

"Səfər Günləri”ndə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azırbaycan idmançılarının Avropa Oyunlarında uğurla çıxış etdiyini, komandamızın aktivində bugünə qədər 12 qızıl medal olduğunu bildirdi. Gənclər və İdman naziri Azad Rəhimov idmançılarımızın Bakı-2015 Avropa Oyunlarında əldə etdiklərləri nəticələri yüksək dəyərləndirdi. Azad Rəhimov qeyd etdi ki, Bakı-2015 Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təşəbbüsü ilə yarışlarda medal qazanan bütün idmançılarımızın valideynləri Avropa Oyunlarının iyunun 28-də keçiriləcək açılış mərasiminə dəvət olunacaqlar. "Zəfər Günləri” tədbiri konsert proqramı ilə davam etdirildi.