Bakı Su İdmanı Sarayında yarışlar davam edir

Bakı Su İdmanı Sarayında yarışlar davam edir



İyunun 19-də Bakı Su İdmanı Sarayında suya tullanma üzrə yarışların ikinci gününə start erilib.
İdmançılar bir metr hündürlüyündə tramplindən və üç metr hündürlüyündə tramplindən sinxron tullanma üzrə mübarizə aparırlar. Qadınlar arasında bir metr hündürlüyündə tramplindən tullanma yarışında Azərbaycanı Olqa Bikovskaya təmsil edib. Hər iki növ üzrə yarışın final mərhələsi bu gün təşkil olunacaq. Qadınların bir metr tramplindən suyatullanma yarışının 12 finalçısı bəlli olub. Bu növ üzrə 20 ölkədən 29 idmançı mübarizə aparıb. Atletimiz Olqa Bikovskaya 265.20 balla 27-ci yerdə qərarlaşıb və finala yüksələ bilməyib. Yarışın ilkin mərhələsində ilk üçlükdə Rusiya təmsilçiləri Ekaterina Nekrasova (407.00) və Mariya Polikova (383.15), Böyük Britaniya təmsilçisi Millie Fovler (393.40) yer alıb.