Çingiz Hüseynzadə: «Azərbaycan komandasının ilk beşlikdə qərarlaşacağını proqnozlaşdırmışıq»

Çingiz Hüseynzadə: «Azərbaycan komandasının ilk beşlikdə qərarlaşacağını proqnozlaşdırmışıq»


Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan yığma komandasının Avropa Oyunlarında qazandığı son nəticələrlə bağlı fikirlərini "olimpnews.az" saytı ilə bölüşüb:
- Dünən taekvondo və güləşdə əldə olunan nəticələr bizi sevindirdi. Atletlərimizin çıxışlarını yüksək qiymətləndirirəm. Medal almayan idmançılarımıza da çəkilən əziyyətə və iştiraka görə təşəkkürümü bildirirəm. Komandamız uğurlu çıxışlarını davam etdirir. Növbəti günlərdə də boks, cüdo, sambo, voleybol, basketbol növlərindən medal gözləyirik. Ümumi nəticəyə gəlincə, Azərbaycan komandasının ilk beşlikdə qərarlaşacağını proqnozlaşdırırdıq. Necənci olacağımızı zaman göstərəcək. İnanıram ki, nəticə uğurlu olacaq".