Azərbaycan voleybolçuları belçikalılara qalib gəldilər

Azərbaycan voleybolçuları belçikalılara qalib gəldilər



İyunun 19-da Avropa Oyunları çərçivəsində Bakı Kristal Zalında qadınlar arasında voleybol yarışları davam edir.
Azərbaycan komandası A qrupunda Belçika yığmasına qarşı mübarizə aparır. İlk seti 25:21 hesablı qələbə ilə başa vuran qızlarımız ikinci setdə rəqibdən 4 xal geri qaldılar – 21:25. Üçüncü setə inamla başlayan qadın voleybolçularımız rəqiblə mübarizədə 25:20 hesabı ilə irəli çıxdılar.  Gərgin keçən yarışda voleybolçu qızlarımız 3-cü setdə cəmi 4 xalla rəqibdən geri qaldılar - 21:25. Azərbaycan:Belçika qarşılaşmasının son, 5-setində də qızlarımız inamlı oyun nümayiş etdirdilər və 15:6 hesabı ilə irəli çıxdılar. Beləliklə, qadın komandaların Azərbaycan: Belçika  qarşılaşmasında qalibiyyət sevincini həmyerlilərimiz yaşadılar.