Türkiyə yarımfinalda

Türkiyə yarımfinalda

İyunun 19-da Avropa Oyunları çərçivəsində qadınlar arasında keçirilən voleybol turnirində Rumıniyanı 3-0 hesabla məğlub edən Türkiyə komandası yarımfinala vəsiqə qazanıb.
Dünya reytinqində 8-ci sırada qərarlaşan Xorvatiya üçün bu qalibiyyət (25-16, 25-22, 25- 19) o qədər çətin olmadı. Bununla Rumınya 4 ardıcıl oyunda iştirak etmək şansını da itirdi. Əgər İtaliya komandası rəqibi ilə oyunda məğlub olsa, onda komandanın mübarizədən kənarlaşması təsdiqlənəcək.
B qrupunda keçirilən oyunda Bolqarıstana qarşı mübarizə aparan Xorvatiya 1/4-ə çıxmaq imkanını artırmaq üçün ilk qələbəsini qazandı. İlk iki seti 25-23 xal hesabı ilə bitirən komanda 3-cü seti 25-15 hesabla başa çatdırdı. Xorvatiya final setini 25-23 xal hesabı ilə yekunlaşdırıb.
Qeyd edək ki, iyunun 21-də A qrupunda Türkiyə Azərbaycan komandası ilə, Rumınya isə İtaliya ilə üz-üzə gələcək.
Eyni gündə, B qrupunda Xorvatiya Almaniya ilə, Bolqarıstan komandası isə Hollandiya ilə qarşılaşacaq.