Rusiya millisi medalların sayını artırır

Rusiya millisi medalların sayını artırır

Bakı Su İdman Sarayında yarışlar davam edir.
Kişilər arasında tramplindən üç metr hündürlüyə sinxron tullanma yarışlarında qaliblər müəyyənləşib. Bu növ üzrə mübarizədə Avstriya, Rusiya, Almaniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Danimarka, Ukrayna, İsveçrə, İtaliya və Bolqarıstan idmançıları öz bacarıqlarını nümayiş etdiriblər.
Rusiyalı atletlər dueti - İliya Molçanov və Nikita Nikolayev (324.69 xal) yarışların qızıl medalına sahib olublar.
Böyük Britaniya idmançıları Ceyms Hitli və Ross Haslam (286.05 xal) gümüş medala layiq görülüblər. Bu növdə çıxış edən Almaniya təmsilçiləri Frityof Seydel və Niko Herzoq (284.22 xal) isə bürünc medalla kifayətləniblər.
Hazırda qadınlar arasında bir metr hündürlüyündə tramplindən tullanma yarışı keçirilir.