Patrik Hikki: II Avropa Oyunlarına ev sahibliyi etmək üçün 4 ölkə müraciət edib

Patrik Hikki: II Avropa Oyunlarına ev sahibliyi etmək üçün 4 ölkə müraciət edib


"Associated Press” agentliyinin verdiyi xəbərə görə, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki II Avropa Oyunlarının Qərbi Avropada keçirilə biləcəyini deyib.
Onun sözlərinə görə, qurumun siyasəti geniş coğrafi əraziyə yayılmaqdır: "Bu mənim şəxsi arzumdur ki, biz qədim Avropaya qayıdaq. Niderland bu tələbə uyğun gəlirdi. Biz bu oyunların ikincisini Avropanın qədim hissəsində etmək istərdik. Bu, hələ mümkündür. Əgər olmasa, oyunları ən yaxşı hesab etdiyimiz yerdə keçirəcəyik”.
Patrik Hikki 2019-cu il oyunlarını keçirmək üçün 4 ölkənin müraciət etdiyini deyib, lakin ad açıqlamayıb. AOK prezidenti onlardan ikisinin Niderlandın namizədliyi zamanı imtina olunan ölkələr olduğunu və təkrar müraciət etdiklərini bildirib. Digər iki namizəd isə bu prosesə yeni qoşulub. Patrik Hikki qərarın ilin sonunda açıqlanacağını deyib.