Basketbolçular 1/4 final uğrunda yarışacaqlar

Basketbolçular 1/4 final uğrunda yarışacaqlar


İyunun 25-də Bakı-2015 I Avropa Oyunlarında  3x3 basketbol yarışları üzrə 1/8 final mərhələsinin oyunları keçiriləcək. Həm kişilərdən, həm də qadınlardan ibarət Azərbaycan yığmaları növbəti mərhələyə vəsiqə uğrunda oyuna çıxacaqlar.
Kişi basketbolçulardan ibarət yığmamız İsraillə üz-üzə gələcək. Qadınlardan ibarət komandamız isə Litva ilə qarşılaşacaq. 
Qeyd edək ki, 1/4 final mərhələsinin qarşılaşmaları da bu gün keçiriləcək. Belə ki, mərhələ adlayan komandalar saat 20:30-dan etibarən yarımfinal uğrunda qarşılaşmalara çıxacaqlar.

25 iyun
3x3 basketbol
1/8 final
Kişilər

15:30. Sloveniya – İsveçrə
15:30. Yunanıstan – Belçika
16:30. Rusiya – Estoniya
16:30. Çexiya – Rumıniya
17:30. Serbiya – Türkiyə
17:30. Litva – Andorra
20:00. Azərbaycan – İsrail
20:00. İspaniya - İtaliya

Qadınlar

15:00. İsveçrə - İsrail
15:00. Sloveniya – Belçika
16:00. Ukrayna – Slovakiya
16:00. Rumıniya – Yunanıstan
17:00. İspaniya – Türkiyə
17:00. Azərbaycan – Litva
19:30. Rusiya – Hollandiya
19:30. Çexiya - İrlandiya